Zərdabda qəza 60 evi qazsız qoydu - FOTO

Zərdabda qəza 60 evi qazsız qoydu -  FOTO
  16 May 2021    Oxunub:3498
Zərdab rayonunun Pərvanlı kəndində qəza törədən yük maşını diametri 108 mm olan qaz xəttinin üzərinə aşıb.
Azvision.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən may ayının 15-də saat 16:30 dan etibarən 60 abonentin qaz təminatında müvəqqəti fasilə yaranıb. Qəzanın fəsadlarının aradan qaldırılması üçün zəruri tədbirlər görülür.



Azvision.az


Teqlər: Qəza   Azəriqaz  





Xəbər lenti