Bill Qeyts Melindaya 3 milyard dollar təzminat ödəyib

Bill Qeyts Melindaya 3 milyard dollar təzminat ödəyib
  16 May 2021    Oxunub:2425
“Microsoft” şirkətinin rəhbəri Bill Qeyts keçmiş həyat yoldaşı Melinda Qeytsə külli miqdarda təzminat ödəyib.
Azvision.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri yazıb.

Məlumata görə, Melindaya məxsus “Deere & Co” şirkətinə Bill Qeytsə aid “Cascade Investment” şirkətindən 3 milyard ABŞ dolları dəyərində aktivlər transfer edilib.

Qeyd edək ki, “Deere & Co” kənd təsərrüfatı texnikaları istehsal edir.

Dünyanın ən varlı adamlarından olan Bill Qeyts bu ilin may ayında həyat yoldaşı Melinda ilə boşandığını açıqlayıb: “Çox düşündükdən sonra evliliyimizə son vermək qərarını gəldik”.

Cütlük 27 il evli olub. Onların 3 övladı var.

Azvision.az


Teqlər: Bill-Qeyts  





Xəbər lenti