BMT Baş Assambleyasının Qəzzaya görə iclası keçirilə bilər

BMT Baş Assambleyasının Qəzzaya görə iclası keçirilə bilər
  15 May 2021    Oxunub:2432
Qəzza ətrafında yaranmış vəziyyətlə əlaqədar BMT Baş Assambleyasının iclası keçirilə bilər.
Azvision.az xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının 75-ci Sessiyasının sədri Volkan Bozkır "Twitter" hesabında yazıb.

"Sabah keçiriləcək BMT Təhlükəsizlik Şurası və İslam Əməkdaşlıq Təşkilatının iclaslarından sonra Şərqi Qüdsdə və işğal olunmuş Fələstin bölgəsində pisləşən vəziyyətlə əlaqədar üzv dövlətlərin tələbi olduğu təqdirdə, vəziyyəti müzakirə etmək üçün BMT Baş Assambleyasının iclasını çağıracağam", - deyə Volkan Bozkır vurğulayıb.

Azvision.az


Teqlər: BMT   Fələstin   İsrail  





Xəbər lenti