Misirin İsrail və Fələstin arasında vasitəçilik missiyası nəticə vermədi

 Misirin İsrail və Fələstin arasında vasitəçilik missiyası nəticə vermədi
  15 May 2021    Oxunub:3385
Misir nümayəndə heyəti İsrail və Fələstin arasında atəşkəsə nail olunması məqsədilə Tel-Əvivə və Qəzaya səfərdən qayıdıb.
Azvision.az “Əl Əhram” qəzetinə istinadən xəbər verir ki, Qahirədəki diplomatik mənbə vasitəçilik missiyasının nəticə vermədiyini açıqlayıb.

Məlumata görə, rəsmi Qahirə bir il müddətinə atəşkəs elan edilməsi və onun monitorinqinin Misir tərəfindən həyata keçirilməsini təklif edib. Nümayəndə heyəti, həmçinin Qüdsün şərq ərazilərinin məskunlaşdırılmasını dayandırmağın, bununla gərginliyin azaldılmasının zəruriliyini diqqətə çatdırıb.

Qəzadakı Həmas liderlərinə də atəşkəslə bağlı müraciət olunub. Lakin İsrail tərəfi Misirin təkliflərini qəbul etməyib.

Azvision.az


Teqlər: Misir   İsrail  





Xəbər lenti