İƏT sabah fövqəladə iclas keçirəcək

  İƏT sabah fövqəladə iclas keçirəcək
  15 May 2021    Oxunub:3579
Türkiyənin təklifi əsasında 16 may tarixində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə iclası keçiriləcək.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Qeyd olunub ki, iclas təşkilata üzv dövlətlərin xarici işlər nazirləri səviyyəsində baş tutacaq. Toplantıda əsasən İsrail və Fələstin arasındakı gərginlik müzakirə ediləcək.

Azvision.az


Teqlər: İƏT   Türkiyə   XİN  





Xəbər lenti