İranda koronavirusdan ölüm sayı 77 minə yaxınlaşır

İranda koronavirusdan ölüm sayı 77 minə yaxınlaşır
  15 May 2021    Oxunub:2645
İranda son sutka ərzində 200 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bunu ölkənin Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, İranda indiyədək 76 633 nəfər pandemiyanın qurbanı olub.

Bundan əlavə, son sutkada 7723 nəfərdə koronavirusa yoluxma aşkarlanıb. Beləliklə, yoluxma faktlarının ümumi sayı 2 739 875-ə yüksəlib.

Məlumatda, həmçinin 5396 nəfərin ağır vəziyyətdə olduğu, 2 210 851 nəfərin isə xəstəlikdən sağaldığı qeyd olunub.

Azvision.az


Teqlər: İran  





Xəbər lenti