Zərif Vyanaya səfərdən imtina etdi

Zərif Vyanaya səfərdən imtina etdi
  15 May 2021    Oxunub:2840
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif mayın 15-də Vyanaya planlaşdırılan səfərdən imtina edib.
Avstriya mətbuatının yaydığı məlumata görə, səfərdən imtinaya səbəb Yaxın Şərqdə yaranmış gərginlik fonunda Avstriya Federal Kansler Aparatı üzərində həmrəylik əlaməti olaraq İsrail bayrağının dalğalanması olub.

XİN sözçüsü Klaudia Türçer səfərdən imtina xəbərini təəssüflə qarşıladıqlarını bildirib. O qeyd edib ki, bu addım Avstriyanın İranla ənənəvi münasibətlərinə və iki ölkə arasındakı dialoqa xələl gətirməyəcək.

Eyni zamanda, qeyd olunub ki, Vyanada İranın nüvə proqramına dair sazişin xilası üçün aparılan danışıqlar davam etdiriləcək.

Azvision.az


Teqlər: İran   Zərif  





Xəbər lenti