Hindistanda virusa yoluxma yüksək həddə qalır

Hindistanda virusa yoluxma yüksək həddə qalır
  15 May 2021    Oxunub:2221
Hindistanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 326 098 yeni yoluxma faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə məlumatı Hindistanın Federal Səhiyyə Nazirliyi yayıb.

İndiyədək ölkədə ümumilikdə 24 372 907 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Virus qurbanlarının sayı 3890 nəfər artmaqla 266 208-ə çatıb.

COVID-19 diaqnozu qoyulmuş 3 673 780 xəstənin müalicəsi davam edir.

Azvision.az


Teqlər:





Xəbər lenti