Moskvada mühafizəçi uşağa atəş açdı

Moskvada mühafizəçi uşağa atəş açdı
  15 May 2021    Oxunub:2568
Rusiyanın paytaxtı Moskvada mağaza gözətçisi 10 yaşlı uşağa atəş açıb.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Moskva prokurorluğu hadisə ilə bağlı araşdırma aparır.

İlkin məlumata görə, paytaxtın cənub-qərbində 10 yaşlı uşaq saat 23 radələrində bir mağazanın yaxınlığında skuter sürürmüş. Bu zaman mağazanın 21 yaşlı mühafizəçisi uşağa atəş açıb. Əlindən xəsarət alan azyaşlı qaçaraq hadisə yerindən uzaqlaşıb.

Azvision.az


Teqlər: Moskva  





Xəbər lenti