Hərbi Hava Qüvvələri təlim-məşq uçuşları keçirir - FOTO

 Hərbi Hava Qüvvələri təlim-məşq uçuşları keçirir -   FOTO
  15 May 2021    Oxunub:3971
Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri, Bayraktar və müxtəlif tipli digər pilotsuz uçuş aparatları hazırlıq planına uyğun olaraq təlim-məşq uçuşlarına başlayıb.
Azvision.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə həyata keçirilir.

Döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə aparılan məşqlərdə hərbi pilotlar və PUA operatorları tapşırıqları gecə və gündüz vaxtı icra edir.

Təlim-məşqlərində hava kəşfiyyatı aparılmaqla şərti düşmənin yerüstü hədəflərinin koordinatları təyin edilir.



Azvision.az


Teqlər:





Xəbər lenti