Qarabağa qanunsuz getmək istəyənlər həbs olundu

Qarabağa qanunsuz getmək istəyənlər həbs olundu
  15 May 2021    Oxunub:2462
İşğaldan azad edilmiş ərazilərə keçmək istəyən şəxslər məsuliyyətə cəlb olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, mayın 13-də polis əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən Ağdam rayonunun işğaldan azad olunmuş kəndlərinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən 6 nəfər saxlanılaraq aidiyyəti üzrə Ağdam RPŞ-yə gətiriliblər.

Araşdırmalarla onların rayon sakinlərin Natiq Əsədov, Əli Məmmədov, Elmir Quliyev, Bəylər Məmmədov, Eldar Quliyev və Elgiz Cəfərov olmaları müəyyən edilib.

Saxlanılan şəxslər barəsində protokollar tərtib edilərək hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə təqdim edilib.

Məhkəmənin qərarı ilə N.Əsədov, E.Quliyev və M.Məmmədov 15 gün müddətinə həbs, digərləri barədə isə 200 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti