Rusiyada koronavirusla bağlı son vəziyyət

Rusiyada koronavirusla bağlı son vəziyyət
  15 May 2021    Oxunub:2019
Rusiyada son sutka ərzində koronavirusa 8790 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 931 691 nəfərə çatıb.

Rusiyada son bir gündə 364 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 115 480 nəfərdir. İndiyədək 4 547 500 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada altıncı yerdədir.

Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti