Ukraynada daha 322 nəfər COVİD-in qurbanı oldu

  15 May 2021    Oxunub :1485
Ukraynada daha 322 nəfər COVİD-in qurbanı oldu
Ukraynada son sutka ərzində 6796 nəfər COVID-19 virusuna yoluxub, 322 pasiyent dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkə üzrə ümumi yoluxma sayı 2 150 244-ə çatıb, indiyədək 47 942 nəfər virusun qurbanı olub, 1 849 803 xəstə sağalıb.

Azvision.az

Teqlər: Ukrayna   Koronavirus