Yol polisi Balakəndə reyd keçirdi

Yol polisi Balakəndə reyd keçirdi
  15 May 2021    Oxunub:1688
Baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması, yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi,eləcə də sürücülərin maarifləndirilməsi məqsədilə Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirilir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, keçirilən növbəti tədbir zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən sürücü və sərnişinlər polislər tərəfindən aşkarlanaraq onlarla izahedici söhbətlər aparılıb.

Edilən xəbərdarlıqlara baxmayaraq analoji qayda pozuntusuna yol vermiş bir neçə sürücü barəsində inzibati tənbeh tədbirləri görülüb.

Azvision.az


Teqlər: DYP   Cərimə  





Xəbər lenti