Ötən gecə İsrailə 200-dən çox raket atılıb

  15 May 2021    Oxunub :1587
  Ötən gecə İsrailə 200-dən çox raket atılıb
Ötən gecə Qəzza zolağından İsrail ərazisinə 200-dən çox raket atılıb
Azvision.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, dünən axşam saat 7-dən başlayan hava zərbələri bu gün səhər saat 7-yə qədər davam edib. Atılan 30-a yaxın raket Qəzza zolağına düşüb. Raketdən müdafiə sistemi 100-dən çox raketi zərərsizləşdirib.

Baş nazir Aparatının rəsmi nümayəndəsi Ofir Hendelman "Twitter" səhifəsində gecə vaxtı İsrailin "Həmas"ın Qüdsə atdığı uzun mənzilli raketi məhv etdiyini yazıb.

İsrail hərbçiləri münaqişənin böyüməyə başladığı gündən bəri qarşı tərəfin 2000-dən çox raket atdığını qeyd edib.

Azvision.az

Teqlər: İsrail   Qəzza