ABŞ-da yaşayan azərbaycanlılara müraciət: Təxribatlara uymayın!
"Soydaşlarımızdan təmkinli və ehtiyatlı olmağı, təxribatlara uymamağı, belə mənasız nümayişlərə önəm verməməyi xahiş edirik. Azərbaycan həqiqətlərinin yerli ABŞ ictimaiyyətinə müxtəlif müstəvilərdə çatdırılması işi həm Baş Konsulluq, həm də icmamız tərəfindən uğurla davam etdirilir.
Yerli erməni radikallarından hansısa təhdidlər alındığı təqdirdə və ya digər şübhəli məqamlarla bağlı Baş Konsulluğa [email protected] email ünvanı və ya 1 (310) 444-9101 telefon nömrəsi vasitəsilə dərhal məlumat verilməsini soydaşlarımızdan rica edirik", - deyə müraciətdə qeyd olunub.
Azvision.az
Teqlər: Amerika Azərbaycanlı