Saatlıda qaydaları pozan sürücülər cərimələndi

  15 May 2021    Oxunub :1264
Saatlıda qaydaları pozan sürücülər cərimələndi
Saatlıda müəyyən edilməyən yerlərdə nəqliyyat vasitələrini saxlayan, həmçinin avtobus dayanacaqlarını və piyada səkilərini zəbt edən sürücülərlə maarifləndirici söhbətlər aparılıb, onlara parklanma qaydaları barədə geniş məlumatlar verilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Azvision.az -a verilən məlumata görə, həmçinin yol polisi əməkdaşları təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərlə və piyada keçidlərindən düzgün istifadə etməyən vətəndaşlarla da profilaktiki söhbətlər apararaq, onlara qaydalara ciddi riayət etmələrinin vacibliyini çatdırıblar.

Tədbirlər zamanı qaydaları kobud şəkildə pozan sürücülər barəsində qanunvericiliyə uyğun olaraq inzibati qaydada tədbirlər görülüb.

Azvision.az

Teqlər: DYP   Polis   Sürücü