Erməni əsgərin ölümü ilə bağlı cinayət işi açılıb

 Erməni əsgərin ölümü ilə bağlı cinayət işi açılıb
  15 May 2021    Oxunub:2408
Ermənistanda əsgər asılmış vəziyyətdə tapılıb.
Azvision.az xəbər verir ki, Ermənistanın İstintaq Komitəsi cümə günü asılmış vəziyyətdə tapılan əsgərlə bağlı bəzi təfərrüatları açıqlayıb. Bildirilib ki, mayın 13-də hərbi hissəni özbaşına tərk edən əsgər bir gün sonra təxminən saat 06:40 radələrində qarajda asılmış vəziyyətdə aşkarlanıb.

Faktla bağlı Ermənistanın İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsində Cinayət Məcəlləsinin 110-cu maddəsi ilə cinayət işi açılıb.

Hadisənin baş vermə şəraitini aydınlaşdırmaq üçün istintaq hərəkətləri və zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, meyiti tapılan əsgər 2020-ci ildə orduya çağırılıb.

Azvision.az


Teqlər: Ermənistan   əsgər  





Xəbər lenti