Türkiyə ordusunun hərbçisi şəhid oldu

Türkiyə ordusunun hərbçisi şəhid oldu
  15 May 2021    Oxunub:1964
Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında “Pençe-Yıldırım” antiterror əməliyyatı aparan birlikləri PKK terrorçularının hücumuna məruz qalıb.
Azvision.az Türkiyə Milli Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, terrorçularla atışmada müddətdən artıq xidmətdə olan hərbi qulluqçu Yasin Özdamar şəhid olub.

Terror aktını törədən iki PKK mənsubu dəqiq aviazərbə ilə məhv edilib. Mərhum hərbçinin cənazəsinin doğulduğu İspartaya gətirildiyi bildirilir.

Azvision.az



Teqlər: Türkiyə   Şəhid  





Xəbər lenti