Koronavirusa yoluxanların sayı 165 milyonu keçdi

  15 May 2021    Oxunub :1323
   Koronavirusa yoluxanların sayı 165 milyonu keçdi
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 165 milyon 525 min 588 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 371 min 49 nəfərdir. İndiyədək 140 milyon 387 min 173 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 33 664 013 nəfər virusa yoluxub, 599 314 pasiyent dünyasını dəyişib. İkinci sırada Hindistan gəlir. İndiyədək ölkədə 24 372 243 nəfərdə virus aşkar edilib. Xəstələrdən 266 229 nəfər həyatını itirib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 15 521 313 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlardan 432 785 nəfəri vəfat edib.

Dördüncü yerdə qərarlaşan Fransada 5 848 154 yoluxma, 107 423 ölüm faktı qeydə alınıb. Siyahıda beşinci olan Türkiyədə 5 095 390 nəfər virusa yoluxub ki, onlardan 44 301-i ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Aytən Zəhra
Azvision.az

Teqlər: Koronavirus