Lüksemburqdakı “Qarabağ” mərkəzi vandalizmə məruz qaldı - FOTO

   Lüksemburqdakı “Qarabağ” mərkəzi vandalizmə məruz qaldı -    FOTO
  15 May 2021    Oxunub:3270
Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Mədəniyyət Mərkəzinin binası vandalizm aktına məruz qalıb.
Azvision.az AzərTAc-a istinadən xəbər verir ki, səhər işə gələn “Qarabağ” Mədəniyyət Mərkəzinin nümayəndələri mərkəzin pəncərələrinin sındırıldığını görüblər.

Mərkəzin nümayəndələri dərhal yerli polisə müraciət ediblər. Lüksemburq polisi informasiya mərkəzinə gələrək, vəziyyətlə yaxından tanış olub. Polislər binanın içərisinə düşmüş daşları əl izlərinin müəyyən edilməsi üçün götürüblər. Polis törədilmiş vandalizm aktı ilə bağlı təhqiqata başlayıb.

Qeyd edək ki, Lüksemburq “Qarabağ” Mədəniyyət Mərkəzində Azərbaycan mədəniyyəti təbliğ olunur və yerli əhalinin mədəniyyətimizlə tanış olması üçün müxtəlif tədbirlər keçirilir. Lüksemburq “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə mərkəzdə azərbaycanlı mədəniyyət nümayəndələri ilə görüşlər keçirilir. Azərbaycanlı, xüsusilə də Qarabağ bölgəsindən olan rəssamların əsərlərindən ibarət sərgilər təşkil olunur.









Azvision.az


Teqlər: “Qarabağ”Mərkəzi  





Xəbər lenti