Rusiya dost olmayan ölkələri açıqladı
Siyahıya yalnız iki dövlətin adı daxil olunub. Bunlar ABŞ və Çexiyadır.
Məlumata əsasən, Rusiya prezidentinin 23 aprel tarixli sərəncamı bu ölkələrə münasibətdə tətbiq ediləcək. Sərəncama uyğun olaraq, Çexiyanın Rusiyadakı diplomatik nümayəndəliyinə 19-a yaxın yerli vətəndaşı işə götürmək icazəsi verilib. ABŞ səfirliyi isə ümumiyyətlə belə imkandan məhrum olunub.
Qeyd edək ki, məhdudiyyətlər həmin ölkələrin diplomatik nümayəndəlikləri ilə Rusiyada qeydiyyatda olan hüquqi şəxslər arasındakı münasibətlərə də aiddir.
Azvision.az
Teqlər: Rusiya