Türkiyədə koronavirusla bağlı son vəziyyət

   Türkiyədə koronavirusla bağlı son vəziyyət
  15 May 2021    Oxunub:3026
Türkiyədə son sutka ərzində 242 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 11 min 394 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 5 milyon 95 min 390, pandemiya qurbanlarının sayı isə 44 min 301 nəfərə çatıb.

Türkiyədə indiyədək 4 milyon 894 min 24 pasiyent (son sutkada 37 min 261 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  





Xəbər lenti