“Türk Hava Yolları” Tel-Əvivə uçuşları dayandırdı

   “Türk Hava Yolları” Tel-Əvivə uçuşları dayandırdı
  15 May 2021    Oxunub:2976
“Türk Hava Yolları” aviaşirkəti Qəzza sektorunda davam edən gərginliklə əlaqədar Tel-Əvivə səfərləri müvəqqəti təxirə salıb.
Azvision.az xəbər verir ki, bu barədə şirkətin rəsmi internet səhifəsində məlumat yer alıb.

Bildirilib ki, İstanbulun yeni hava limanından bu gün Tel-Əvivə nəzərdə tutulan bütün reyslər təhlükəsizlik tədbirləri məqsədilə təxirə salınıb. Mayın 15 və 16-na olan reyslərə bilet satışları isə dayandırılıb.

Qeyd edək ki, dünyanın bir çox aviaşirkəti bu istiqamətdə səfərlərin müvəqqəti dayandırılması barədə qərar qəbul edib.

Azvision.az


Teqlər: Türkiyə   İsrail  





Xəbər lenti