Mustafa Şentop Sahibə Qafarovaya zəng etdi

Mustafa Şentop Sahibə Qafarovaya zəng etdi
  14 May 2021    Oxunub:2544
Mayın 14-də Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Milli Məclisin sədri Sahibə Qafarovaya telefonla zəng edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az-a bildirilib ki, qardaş ölkənin spikeri Müqəddəs Ramazan bayramı münasibətilə Milli Məclisin sədrini və deputatlarını təbrik edib, Azərbaycan xalqına firavanlıq arzulayıb. Milli Məclisin sədri də öz növbəsində türkiyəli həmkarına, TBMM üzvlərinə və Türkiyə xalqına bayram təbriklərini çatdırıb.

Telefon söhbəti zamanı iki qardaş ölkənin spikerləri qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.

Azvision.az


Teqlər: TBMM   Milli-Məclis   Spiker  





Xəbər lenti