Xorvatiya "COVID-pasport"u sınaqdan keçirən ilk ölkə oldu

  14 May 2021    Oxunub :1708
Xorvatiya "COVID-pasport"u sınaqdan keçirən ilk ölkə oldu
Xorvatiya Avropa İttifaqında ilk dəfə olaraq sağlamlıq sertifikatını uğurla sınaqdan keçirən ölkə olub.
Azvision.az xəbər verir ki, "COVID-pasport" adlanan bu sağlamlıq sertifikatının müvəffəqiyyətlə tətbiq edilməsini ölkənin daxili işlər naziri və milli böhran qərargahının rəhbəri Davor Bojinoviç bəyan edib.

Xorvatiya Səhiyyə Nazirliyinin son məlumatlarına görə, ölkəyə ümumilikdə müxtəlif Qərb dövlətlərinin istehsalı olan 1,5 milyon doza vaksin gətirilib. Xorvatiyanın dörd milyonluq əhalisinin 29% -i birinci doza vaksini vurdurub. Əhalinin 8% -i tam immunizasiya edilib.

Tural Tağıyev
Azvision.az

Teqlər: Xorvatiya   Vaksin