Ata qəza törətdi, qızı öldü

  14 May 2021    Oxunub :1929
Ata qəza törətdi, qızı öldü
Mayın 13-də saat 18 radələrində Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində Lənkəran rayon sakini M.Qədimov idarə etdiyi “Nissan” markalı avtomobili aşırıb.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, qəza nəticəsində avtomobildəki sərnişin – sürücünün qızı Rüqayyə aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Yol   Qəza