Ötən ay 11 uşaq övladlığa verilib

   Ötən ay 11 uşaq övladlığa verilib
  14 May 2021    Oxunub:2660
Ötən ay ərzində vətəndaşlar tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalı vasitəsilə övladlığagötürmə ilə bağlı 35 müraciət daxil olub.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, onlardan 22-si qohumlar arası övladlığagötürmə, 4-ü ögey ata/ana tərəfindən övladlığagötürmə, 2-i valideynlərarası qarşılıqlı razılıq əsasında övladlığagötürmə, 7-i isə müəssisədən övladlığagötürmə üzrədir.

Aprel ayı ərzində övladlığa verilən uşaqların sayı isə 11 nəfər təşkil edib. Onlardan 6-sı oğlan, 5-i qızdır.

Azvision.az


Teqlər: ƏƏSMN   Uşaq  





Xəbər lenti