"İsrailə endirilən raket zərbələri terror hücumudur" - Merkel

  14 May 2021    Oxunub :2097
 "İsrailə endirilən raket zərbələri terror hücumudur" -  Merkel
Almaniya kansleri Angela Merkel İsrail ərazilərinə endirilən zərbələri kəskin şəkildə qınayıb.

Azvision.az xəbər verir ki, o raket zərbələrini terror hücumları adlandırıb.
"Kansler İsrailə qarşı davam edən raket hücumlarını kəskin şəkildə qınayır, bunlar terror hücumlarıdır... Heç bir şey bu terrora haqq qazandırmır. Raket hücumları dərhal dayandırılmalıdır, Almaniya Federativ Respublikası İsrailin özünümüdafiə hüququnu dəstəkləyir", - deyə AFR-in rəsmi nümayəndəsi Şteffen Zaybert bildirib.

Tural Tağıyev
Azvision.az

Teqlər: Merkel   İsrail   Terror