İsmayıllıda qadın azyaşlı övladı ilə itkin düşüb - FOTO

İsmayıllıda qadın azyaşlı övladı ilə itkin düşüb -    FOTO
  14 May 2021    Oxunub:3385
Mayın 4-də İsmayıllı rayon sakini, evli, 1997-ci il təvəllüdlü Arzu Ağazadə 5 yaşlı oğlu İbrahimlə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, Arzu Ağazadənin əlamətləri – boyu 167 sm, gözlərinin rəngi qəhvəyi, saçları qara və sarıdır. Evdən çıxarkən əynində qara rəngli gödəkçə, yaşıl şalvar və ağ idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzi Xidmətinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin (020) 285-11-89 şəhər və (050) 280-45-00, (050) 205-60-26 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.



Azvision.az


Teqlər: İsmayıllı   Ana   Uşaq   İtkin  





Xəbər lenti