Ekvador Rusiya peyvəndindən istifadə edəcək

 Ekvador Rusiya peyvəndindən istifadə edəcək
  14 May 2021    Oxunub:1591
Ekvador Səhiyyə Nazirliyi Rusiyadan "Sputnik V" peyvəndinin göndərilməsi üçün razılıq alıb.
Azvision.az xəbər verir ki, bu barədə Ekvador Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd edilir ki, ölkə rəsmiləri bu istiqamətdə logistika işlərinə başlamaq üçün mayın ikinci yarısında sənədlərin imzalanmasını gözləyirlər.

“Artıq Rusiya tələb olunan dozaların Ekvador Səhiyyə Nazirliyinə göndərilməsini təsdiqlədi. Bunun üçün 2021-ci ilin may ayının üçüncü həftəsində müvafiq tənzimləmə və maddi-texniki koordinasiyaya başlamaq üçün əlavə sazişin imzalanması gözlənilir", - deyə məlumatda bildirilir.

Ekvador səlahiyyətliləri ilə Rusiya arasında "Sputnik V"-nin tədarükü ilə bağlı danışıqlar fevral ayında başlayıb.

Qeyd edək ki, Rusiya istehsalı olan "Sputnik V"-dən istifadə artıq ümumi əhalisi 3,2 milyarddan çox olan 65 ölkədə təsdiqlənib. Bu vaksin təsdiq sayına görə dünyada ikinci yerdədir. Vaksindən 3.8 milyon rusiyalı yararlanıb ki, onlardan alınan analizlərin nəticələrinə görə peyvəndin effektivliyi 97,6 faizdir.

Tural Tağıyev
Azvision.az


Teqlər: Vaksin   Ekvador   Rusiya  





Xəbər lenti