Tramp mitinqləri bərpa edir

Tramp mitinqləri bərpa edir
  14 May 2021    Oxunub:2448
ABŞ-ın keçmiş prezidenti Donald Tramp yaxın aylarda tərəfdarları üçün mitinqləri bərpa edəcək.
Azvision.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.

Prezidentə yaxın mənbələrdən məlumat əldə edən nəşr yazır ki, Donald Tramp iyundan başlayaraq mitinq keçirməyə davam edəcək. Aksiyaların dəqiq tarixi və yeri barədə hələlik məlumat verilmir. Amma mənbənin verdiyi məlumata görə, Trampın qərargahı iyun ayında iki mitinq keçirməyi planlaşdırır.

Xatırladaq ki, bundan öncə Tramp 2024-cü ildə yenidən ABŞ prezidentliyinə namizəd olacağını istisna etməmişdi. O ötən ilin noyabrın 3-də keçirilən prezident seçkilərində demokrat namizəd Co Baydenə məğlub olsa da, uduzmasını etiraf etmədi. Eks-prezident hətta Baydenin andiçmə mərasimində iştirak etməkdən imtina etdi. Belə hadisə isə son 150 ildə ilk dəfə idi ki baş verirdi.

Tural Tağıyev
Azvision.az


Teqlər: Bayden   Mitinq   ABŞ   Seçki  





Xəbər lenti