İsrailə atılan raketlərin sayı açıqlanıb

İsrailə atılan raketlərin sayı açıqlanıb
  14 May 2021    Oxunub:1782
İsrail qoşunları bu gecə Qəzza sektoruna daxil olmayıb. Amma anklavın daxilində olan hədəflərə zərbələr endirib.
Azvision.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat katibi məlumat yayıb.

O qeyd edib ki, hazırda quru qoşunları Qəzza sektoruna daxil olmayıb.

Qeyd edək ki, döyüşlər başlayandan indiyə kimi Qəzzadan İsrailə atılan raketlərin sayı da açıqlanıb. Belə ki, ordunun yaydığı məlumata görə, eskalasiya başlayandan bu günə qədər 1800 raket atılıb, onlardan 430-u Qəzzaya düşüb.

Tural Tağıyev
Azvision.az


Teqlər: İsrail  





Xəbər lenti