Quterreş Fələstin-İsrail münaqişəsi ilə bağlı çağırış etdi

Quterreş Fələstin-İsrail münaqişəsi ilə bağlı çağırış etdi
  14 May 2021    Oxunub:2008
BMT-nin Baş katibi Antonio Quterreş son günlər Yaxın Şərqdə yaranmış gərgin vəziyyətin dərhal aradan qaldırılmasına, Qəzza zolağı və İsraildə hərbi əməliyyatların dayandırılmasına çağırıb.
Azvision.az xəbər verir ki, o sosial mediadan bayramla əlaqədar münaqişə zonasında təcili şəkildə gərginliyin azaldılmasına və döyüş əməliyyatlarına son qoyulmasına səsləyib.

"Artıq çox sayda günahsız mülki insan öldü. Bu münaqişə bölgədə yalnız radikallaşma və ekstremizmi gücləndirə bilər", - deyə Quterreş "Twitter"də yazıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: BMT   İsrail   Fələstin  





Xəbər lenti