Ceyhun Bayramov Lavrovla sərhəddəki gərginliyi müzakirə etdi

Ceyhun Bayramov Lavrovla sərhəddəki gərginliyi müzakirə etdi
  14 May 2021    Oxunub:5094
Mayın 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Azvision.az-a bildirilib ki, nazirlər Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər hər hansı gərginliyin siyasi və diplomatik yolla həllinin vacibliyini vurğulayıblar.

Nazirlər bölgədə sülhün təmin olunması üçün üçtərəfli bəyanatların həyata keçirilməsinin zəruri olduğunu qeyd ediblər.

Azvision.az


Teqlər: XİN   Ceyhun-Bayramov   Lavrov  





Xəbər lenti