Bakıda yeni avtomobil yolu tikilir

Bakıda yeni avtomobil yolu tikilir
  06 Mart 2014    Oxunub:1162
Paytaxtımızda yeni avtomobil yolu istifadəyə veriləcək.
Bakı şəhərinin Nobel prospektinə paralel olan dənizkənarı ərazidə 8 hərəkət zolaqlı yeni avtomobil yolunun inşası davam etdirilir.

Avtomobil yolunun tikintisini həyata keçirən “Azvirt” MMC-dən bildiriblər ki, layihədə yol qovşaqlarının, mühəndis qurğularının və yeraltı piyada keçidlərinin tikintisi də nəzərdə tutulub.

Yolun ümumi uzunluğu 2 kilometr, hərəkət zolağının eni isə 3,75 metr təşkil edəcək. Burada həmçinin 4 piyada keçidi də inşa olunacaq.

Layihə üzrə tikinti işlərinin bu il tamamlanması planlaşdırılır.(AzərTAc)


Teqlər:





Xəbər lenti