Azvision.az xəbər verir ki, səfər çərçivəsində C.Bağcı bir qrup Türkiyəli iş adamları ilə birgə Quba şəhərində “Soyqırımı Memorial Kompleks”ini ziyarət edib. İlk öncə soyqırım qurbanlarının xatirəsinə ucalmış abidənin önünə gül-çiçək dəstələri düzülüb, daha sonra səfir və digər qonaqlara erməni vandallarının 1918-ci ildə Azərbaycanda törətdikləri insanlığa sığmayan vəhşilikəri haqqında ətraflı məlumat verilib.
Görüşün sonunda Kompleks tərəfindən hazırlanan təbliğat və tanıtım xarakterli kitab-albom, buklet, müxtəlif kitabçalar, flayer və digər çap məhsulları gələn ziyarətçilərə təqdim edilib.
Azvision.az