Ötən gün 3 nəfər yol qəzasında ölüb

Ötən gün 3 nəfər yol qəzasında ölüb
  10 May 2021    Oxunub:2112
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilən 25 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 11 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti