Ağcabədidə yol qəzası olub, xəsarət alan var

Ağcabədidə yol qəzası olub,    xəsarət alan var
  10 May 2021    Oxunub:1649
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağcabədi rayonu ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Bu barədə Azvision.az -a FHN-dən bildirilib.

Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qrupu cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində sıxılı vəziyyətdə 1 nəfər deformasiyaya uğrayan "LADA" markalı minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Azvision.az



Teqlər: FHN   Qəza  





Xəbər lenti