Bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA

 Bölgələrə yağış yağıb, dolu düşüb -    FAKTİKİ HAVA
  10 May 2021    Oxunub:3901
Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Azvision.az-a bildirilib ki, bu gün saat 22:00-a olan məlumata əsasən, Şahbuz, Naxçıvan, Gədəbəy, Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Ceyrançöl, Tovuz, Ağstafa, Balakən, Zaqatala, Tərtər, Bərdə, Kişçay (Şəki), Yevlaxda şimşək çaxıb, arabir yağış yağıb.
Qərb küləyi əsib, Naftalanda arabir 34, Tərtərdə 33, Ağdam, Balakəndə 30, Tovuz, Gəncədə 28, Mingəçevirdə 25, Ceyrançöldə 24, Zaqatalada 20, Yevlaxda 19, Gəncə, Şəmkirdə 18, Bərdə, Xaçmazda 16 Bakıda 20, Ələt, Maştağada 18, Binədə 17 m/s-dək güclənib.

Naxçıvanda saat 17:10-da 5 dəqiqə müddətində diametri 6 mm , Ağstafada 15:20-15:25 radələrində zəif dolu, Qazaxda 15:40-15:45 radələrində diametri 0,8 mm olan dolu yağıb.

Azvision.az


Teqlər: Hava   Yağış   Dolu  





Xəbər lenti