Güclü külək Gəncədə fəsadlar törədib

 Güclü külək Gəncədə fəsadlar törədib
  10 May 2021    Oxunub:3145
Gəncədə müşahidə olunan güclü külək bir sıra fəsadlar törədib.
Azvision.az xəbər verir ki, külək nəticəsində şəhərin bəzi ərazilərində iri gövdəli ağaclar aşıb. Nəticədə müxtəlif yerlərdə rabitə, elektrik və qaz xətləri sıradan çıxıb.

Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Hazırda güclü küləyin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

Azvision.az


Teqlər: Gəncə   Külək  





Xəbər lenti