Əfqanıstanda partlayış: 63 ölü, 150 yaralı

Əfqanıstanda partlayış:   63 ölü, 150 yaralı
  09 May 2021    Oxunub:2348
Əfqanıstanın paytaxtı Kabildə məktəblərdən birinin yaxınlığında baş vermiş partlayışda ölənlərin sayı 63 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə "Tolo News" telekanalı məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində 150 nəfər yaralanıb.

Məlumata əsasən, mayın 8-də məktəbin qarşısında bomba yüklü avtomobil partlayıb, ardınca iki raket hücumu olub. Partlayışlar tələbələr binadan çıxarkən baş verib, qurbanların əksəriyyəti qızlardır.

Əfqanıstan Prezidenti Əşrəf Qani partlayışa görə "Taliban" hərəkatını günahlandırıb.

Azvision.az




Teqlər: Əfqanıstan   Partlayış  





Xəbər lenti