660 yeni yoluxma qeydə alındı, 14 nəfər öldü

 660 yeni yoluxma qeydə alındı,  14 nəfər öldü
  09 May 2021    Oxunub:2487
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 660 yeni yoluxma faktı qeydə alınıb, 1539 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

Ölkəmizdə indiyədək 326 716 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 306 119 nəfər müalicə olunaraq sağalıb, 4680 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 15 917 nəfərdir.

Son sutka ərzində 9474, hazırkı dövrədək isə 3 330 985 test aparılıb.



Azvision.az


Teqlər: Koronavirus   Yoluxma  





Xəbər lenti