Avropa “AstraZeneca” ilə müqaviləni dayandırır

Avropa “AstraZeneca” ilə müqaviləni dayandırır
  09 May 2021    Oxunub:1982
Avropa Komissiyası “AstraZeneca” şirkətinin istehsal etdiyi peyvəndlərin tədarükünə dair müqaviləni yeniləməyəcək.
Azvision.az xəbər verir ki, Avropa Komissiyası bununla bağlı müvafiq qərar qəbul edib.

Daxili bazar üzrə Avropa komissarı Terri Bretonun sözlərinə görə, 2021-ci ilin iyun ayından sonra bu şirkətdən vaksin alınması ilə bağlı müqavilə yenilənməyəcək.

Bundan əvvəl, Avropa Komissiyası müqaviləni pozduğuna görə şirkəti məhkəməyə verib. Belə ki, “AstraZeneca” müqavilədə nəzərdə tutulan 120 milyon əvəzinə 40 milyon doza vaksin tədarük edib.

Azvision.az



Teqlər: “AstraZeneca”   Vaksin  





Xəbər lenti