Zəngilanda yeni səpilən palıd toxumları cücərib

Zəngilanda yeni səpilən palıd toxumları cücərib
  09 May 2021    Oxunub:2188
"Bu ilin yaz ağacəkmə mövsümündə Zəngilan rayonunda səpilən şabalıdyarpaq palıd toxumları artıq cücərib. IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində Zəngilanda ilk dəfə səpilmiş bu toxumların artıq pöhrələrini görürük".
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

"Yaşıl Marafon" kampaniyası çərçivəsində işğaldan azad olunmuş ərazilərdə ağac əkərək zəhməti keçən hər kəsə- dövlət qurumlarının nümayəndələrinə, könüllülərə, o cümlədən ağacəkmə tədbirində iştirak edən, işıqlandıran media nümayəndələrinə dərin təşəkkürlərimizi bildiririk. Qürurlanırıq ki, gözəl Qarabağımızın uzun həsrətdən sonra ayaq basdığımız torpaqları bu xırda fidanlarla, xəfif cücərtilərlə çəmənzara çevrilir və Qarabağın gözəlliyinə gözəllik qatılır” - deyə nazirlik rəsmisi bildirib.

Qeyd edək ki, “Yaşıl Marafon” kampaniyası çərçivəsində yaz mövsümündə Zəngilanda 2500-dən çox ağac əkilib, 200 kq-dan artıq toxum səpilib.

Azvision.az


Teqlər: Zəngilan  





Xəbər lenti