Belçikada restoranlar açıldı, insanlar küçələrə axışdı

Belçikada restoranlar açıldı, insanlar küçələrə axışdı
  09 May 2021    Oxunub:1983
Belçikada koronavirus (COVID-19) pandemiyası səbəbindən ötən ilin oktyabr ayından bağlanan restoranlar, kafe və barlar yenidən açılıb.
Azvision.az xəbər verir ki, ölkədə virusa yoluxma sayının azalması və peyvəndləmənin sürətlə həyata keçirilməsi belə qərarın verilməsinə səbəb olub.

Məlumata görə, ictimai-iaşə obyektləri yalnız açıq havada fəaliyyət göstərəcək.

Paytaxt Brüsseldə soyuq və yağışlı hava şəraitinə baxmayaraq, müştərilər ilk gündən restoran və kafelərə axışıblar. Yerli sakinlər qadağaların ləğvini sevinclə qeyd ediblər.

Azvision.az


Teqlər: Belçika   karantin  





Xəbər lenti