İranda daha 386 nəfər koronavirusdan ölüb

İranda daha 386 nəfər koronavirusdan ölüb
  09 May 2021    Oxunub:2035
İranda son sutka ərzində 386 nəfər koronavirusdan ölüb.
Azvision.az xəbər verir ki, bunu ölkənin Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, İranda indiyədək 74 910 nəfər pandemiyanın qurbanı olub.

Bundan əlavə, son sutkada 14 141 nəfərdə koronavirusa yoluxma halı aşkarlanıb. Beləliklə, yoluxma faktlarının ümumi sayı 2 654 811-ə yüksəlib.

Azvision.az


Teqlər: İran  





Xəbər lenti