“Santa Barbara”nın ulduzu vəfat etdi

“Santa Barbara”nın ulduzu vəfat etdi
  09 May 2021    Oxunub:2522
Məşhur amerikalı aktrisa və model Touni Kiteyn 59 yaşında Kaliforniyada vəfat edib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, məlumatı aktrisanın qızı təsdiqləyib. Lakin onun ölüm səbəbi hələlik açıqlanmayıb.

Qeyd edək ki, Touni Kiteyn 1961-ci ildə San-Dieqoda doğulub. 80-ci illərin əvvəllərindən filmlərdə və TV-də aktiv fəaliyyətə başlayıb. "Santa Barbara" teleserialındakı rolu ona populyarlıq qazandırıb. Akrtisa, həmçinin "Whitesnake" qrupunun kliplərində də rol alıb.

Azvision.az


Teqlər: Aktrisa  





Xəbər lenti