Şuşada faşizm üzərində Qələbə günü qeyd olundu - VİDEO+FOTOLAR

   Şuşada faşizm üzərində Qələbə günü qeyd olundu -  VİDEO+FOTOLAR
  09 May 2021    Oxunub:6119
Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə Şuşa şəhərində təntənəli tədbir keçirilib.
Azvision.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş xalqımızın igid oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.



Tədbirdə faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan xalqının müstəsna xidmətlərindən, Azərbaycanın milli atıcı diviziyalarının tarixi və şanlı döyüş yolu barədə ətraflı məlumat verilib.

Hərbi orkestr müharibə illərinin mahnı və hərbi marşlarını ifa edib. Mərasim şəxsi heyətin şəhərdə təntənəli keçidi ilə başa çatıb.











Azvision.az


Teqlər: Şuşa   Qələbə-Günü  





Xəbər lenti