İsrail gimnastı Bakıda qızıl medal qazandı

İsrail gimnastı Bakıda qızıl medal qazandı
  09 May 2021    Oxunub:2928
İsrail təmsilçisi Linoy Aşram Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarında qızıl medal qazanıb.
Azvision.az xəbər verir ki, "Tokio-2020" Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan dünya kubokunda fərdi gimnastların halqa ilə yarışında İsrail təmsilçisi 27,150 xalla birinci olub. Rusiya idmançısı Lala Kramarenko 26,850 xalla yarışı ikinci, belaruslu Alina Harnasko (26,600 xal) isə üçüncü pillədə başa vurublar.

Qeydiyyat siyahısına əsasən, kubok yarışlarında 35 ölkədən 61-i fərdi və 106-sı qrup komandasının (18 qrup) üzvü olmaqla 167 gimnast iştirak edir.

Azvision.az


Teqlər: Dünya-Kuboku  





Xəbər lenti